Vətən müharibəsində aldığı yaralardan vəfat edən əsgər Sabirabadda dəfn olunub

08 Mart 2021 - 15:20

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanaraq  5 ay sonra hospitalda vəfat edən əsgər Balakişiyev Zamin Dadaş oğlu Sabirabadda dəfn edilib.

Koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

20 yaşlı şəhid əsgər Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub. 

Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. (APA)

Allah rəhmət eləsin!