“Ən böyük hədəflərimizdən biri Azərbaycan vətəndaşlarının tibb xidməti ilə bağlı xarici ölkələrə getməyinin qismən də olsa qarşısını almaq üçün tibbi keyfiyyəti artırmaqdır”.
Bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, ilin sonuna yaxın bu layihənin icrasına başlanılacaq:
“Biz vətəndaşlarımızın tibb xidmətini xarici ölkələrdə almasını istəmirik. Azərbaycan vətəndaşlarının tiblə bağlı xaricə getməyini yox, xaricdə yaşayanların tibb xidməti ilə bağlı Azərbaycana gəlməsini istəyirik. Bunun üçün çox yaxşı təchiz olunmuş, savadlı kadrlarə olan tibbi müəssisələrimiz var. Bu işlər paralel olaraq aparılacaq. Biz həkimlərimizi, tibb müəssisələrimizi dünyaya tanıtmalıyıq”. (APA)