“Vəziyyət çox təhlükəlidir, məsələni təxirə sala bilmərik” –

Rusiya XİN müavini Sergey Ryabkov
10 Yanvar 2022 - 23:07
“NATO-nun genişlənməməsi Rusiyanın milli təhlükəsizliyi üçün vacib məsələdir. Bu məsələnin həllini daha təxirə salmaq olmaz”.
Azpost.info bildirir ki, bu sözləri strateji təhlükəsizliklə bağlı Cenevrədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Vəziyyət o qədər təhlükəlidir ki, biz daha bu fundamental məsələni təxirə salmağa imkan verə bilmərik. Bu, biizm üçün milli təhlükəsizlik məsələsidir”-deyə o qeyd edib.