“Vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacağıq”-

KTMT-in komandanı
09 Yanvar 2022 - 19:28

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

Bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

Onun sözlərinə görə, Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev sosial etirazlar fonunda ölkədə baş verən iğtişaşları yatırmaq məqsədi ilə KTMT qüvvələrini ölkəyə dəvət edib.