İlon Maskın anası Azərbaycanla bağlı paylaşım etdi –FOTO

ABŞ-lı milyarder İlon Maskın anası, supermodel Mey Maskın Bakıda “Planla yaşayan qadın” adlı kitabı çap olunub.
bu haqda beynəlxalq bestseller müəllifi özünün İnstagram səhifəsində paylaşım edib.
Mey Mask paylaşımında belə qeyd yazıb: “Kitabımın Azərbaycan dilində çap olunmasından çox həyəcanlıyam. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, kitabı Azərbaycan dilinə tərcüməçi Natəvan Ağabəyli tərcümə edib.
Xatırladaq ki, 1948-ci ildə anadan olan Mey Maskın İlondan başqa Kimbal Mask adlı daha bir oğlu və Toska Mask adlı qızı var.
O, 50 ildir ki, model kimi çalışıb, məşhur jurnalların, o cümlədən Time jurnalının üz qabığında görünüb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacağıq”-

Sonrakı məqalə

Qazaxıstan Səhiyyə Nazirliyi 164 nəfərin həlak olması barədə məlumatı təkzib edib