“Vəziyyətdən narahatdıq, dinc etiraz hüququna hörmət olunmalıdır” –

NATO -dan Qazaxıstanla bağlı REAKSİYA
07 Yanvar 2022 - 18:20
b040804a 8 April 2004 2nd Meeting of the Military Committee in Permanent Session in 2004 Overview view of the meeting in session.

NATO Qazaxıstandakı vəziyyətdən narahatdır.

Bu barədə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də bildirib.

NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”, – NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.