Vəkili Mübariz Mənsimova bəraət istədi

Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsində vəkil Ersan Şen müdafiə ilə çıxış edib.

Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

F.Quliyeva qeyd edib ki, vəkil hakimin hazırladığı qərarda üzvlük və yardım hissəsinə yenidən baxılmasını tələb edib:

“De ki bir gəmini verdim FETÖ-yə yox, sübut yox! İstək yox! Şahid yox! Sənəd yox! Müdafiə etdiyim şəxsi zorla niyə FETÖyə üzv etdirmək istəyirsiz? Biz sübut etdikcə, siz zorla “yox, üzvü olsun” deyirsiz. Bir sübut-dəlil  olmadan nəyi sübut etmək istəyirsiz?! Bu bankdan o banka pul göndərdi desinlər, raporlar təmiz. Əldən verdi desinlər – o da yox! Mübariz Qurbanoğlu nə FETÖ üzvüdür, nə də hər hansısa bir yardım etdi.

Məhkəməyə şəkillər təqdim edildi. Və şəkillərdə, “Palmali”də işləyərək ona qarşı ifadə verənlər 2019-2020-ci illərdə yanında, çiyin -çiyinədirlər. Düşmənlik edən yan-yana xoşbəxtlik tablosu saçan şəkildə ola bilirlərmi? Məlumdur ki, bu qəsdən edilir. Biz hakimin yardımla bağlı bəyanını qəbul etmirik. Çünki onu əsaslandıracaq heç bir sübut yoxdur”.

 

Vəkil Mübariz Mənsimovun təxliyəsini yox, bəraət istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu deputatlar YAP İdarə Heyətinə seçildilər

Sonrakı məqalə

“Koçaryan Rusiyanın böyük dostudur” –