Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

User 27 Oktyabr 2025 - 19:12 (Last updated: 28 Oktyabr 2025 - 22:17)
qar06

26 oktyabr 2025-ci il tarixində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin iclas zalında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində ikinci tədbiri baş tutub.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri və layihə rəhbəri Firidun Məmmədov çıxış edərək tədbiri açıq elan edib. O, layihənin həyata keçirilməsinə verdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, son illərdə Agentlik tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və ictimai birliklərlə iş sahəsində aparılan ciddi islahatlardan danışıb.

“Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını  qurban vermiş qəhrəmanların təbliği, onların göstərdiyi şücaətin gənc nəsil üçün örnək kimi təqdim olunması və vətənpərvərlik ruhunun yüksəldilməsidir”.

Daha sonra tədbir iştirakçıları layihə barədə fikir və təkliflərini səsləndiriblər. Şəhid ailəsi ziyalı xanım, qocaman müəllimə Əliyeva Ulduzə söz alaraq 90-cı illərdə Vətənimizin ağır günlərində qeyrətli oğlanların döyüşə necə könüllü getdiklərindən danışdı. Təkcə döyüşçülərin deyil onların valideyinlərini və ailə üzvülərinində müharibə dövürlərindəki istirablarından danışdı. Əlavə edərək bu kimi vacib layihələrin həyata keçirilməsində dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib.

Qarabağ müharibəsində həyat yoldaşı Şəhid olan, Şəhid xanımı Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova çıxış edərək, bu tipli tədbirlərin Şəhid ailələrinin həyatında önəmli təcrübə olduğunu və onlara çox ciddi mənəvi dəstək ola biləcəyini vurğuladı.

Şəhid ailəsi Umudova Zülfiyyə çıxış edərkən, tədbirin axarından təsirləndiyini bildirərək Şəhid ailəsi olmağın həm şərəfli, həmdə çətin olduğundan danışdı. O, qeyd etdiki, çətinliklərə səbr etmək üçün mənəvi dəstəyə ehtiyacları vardır. Bu tədbirlərin keçrilməsi bizə çox böyük mənəvi dəsdəkdir deyərək çıxışını tamamladı.

Digər iştirakçılar da söz alaraq torpaqlara qanı tökülən qəhrəmanlarımızın daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışdılar.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

 

 

 

AzPost.az

Post navigation

Previous: “Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisələri ilə bağlı layihəsini yekunlaşdırıb
Next: Bakıda yəhudi sinaqoqunu partlatmaq istəyən İŞİD üzvünə hökm oxundu

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.