Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır –Təhsil Nazirliyi

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi yanvarın 31-dək fəaliyyətini dayandırır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.azhttps://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını qurumun rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

Tramp Çinin “Alibaba” şirkətinin ödəniş sistemini blokladı –