Tramp Çinin “Alibaba” şirkətinin ödəniş sistemini blokladı –Daha 8 mobil tətbiqi bloklandı

ABŞ Prezidenti Donald Tramp Çinin daha 8 mobil tətbiqi üzrə əməliyyatların aparılmasını qadağan edən qərar imzalayıb.

Çin Mərkəzi Televiziyası  xəbər verir ki, qadağan olunan tətbiqlər “Alibaba” şirkətinin elektron ödəniş sistemi olan “Alipay”, Çinin digər ən iri onlayn ödəniş platforması “WeChat Pay”, habelə “CamScanner”, “QQ Wallet”, “SHAREit”, “Tencent QQ”, “VMate” və “WPS Office”dir. Qadağanın qüvvəyə minməsi Birləşmiş Ştatların Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlayandan sonraya təsadüf edəcək. Hələlik Bayden administrasiyasının bu qərara necə reaksiya verəcəyi bilinmir.

Qeyd edək ki, bu, Tramp administrasiyasının Çin şirkətlərinə qarşı ilk qadağa qərarı deyil. Bir neçə ay əvvəl ABŞ hökuməti Çinin populyar “TikTok” və “WeChat” messencerlərini qadağan etsə də, məhkəmə bu qərarın icrasını dayandırıb. Tramp administrasiyası noyabrda ABŞ-ın Çin silahlı qüvvələrinin nəzarətində olan şirkətlərə sərmayə yatırmasını bloklayan qərar qəbul edib. Bundan başqa, bəzi Çin şirkətlərinin ABŞ birjalarına yolu bağlanıb. Dövlət Departamenti hərbi məqsədlər üçün məhsul istehsal etdiyi iddia olunan Çinin 58 şirkətinin adını, o cümlədən yarımkeçiricilər və dronlar istehsalı ilə məşğul olan şirkətləri ABŞ-dan mal və texnologiya alması məhdudlaşdırılan siyahıya salıb. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır –

Sonrakı məqalə

“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradıldı –