“Vahid Əhmədovun müalicəsi bitmək üzrədir”-AÇIQLAMA

“Hazırda millət vəkili Vahid Əhmədovun səhhəti normaldır. Artıq müalicəsi bitmək üzrədir”.

Bunu Oxu.az-a açıqlamasında millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

O qeyd edib ki, V.Əhmədov özünü yaxşı hiss edir: “Hər gün əlaqə saxlayıram, vəziyyəti stabildir. Risk geridə qalıb. Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər. Daha sonra Azərbaycana qayıtması barədə qərar qəbul ediləcək”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçü o, təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aya Sofyanın divarlarındakı ikona təsvirlərinin üzü örtüləcək

Sonrakı məqalə

ATU-nun Klinikasında koronavirus xəstələri üçün yeni oksigen generatoru işə salınıb