Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Vahid Rusiya”nın katibi Şoyquya “xəyanətkar”deyən generalı dəstəklədi

User 13 İyul 2023 - 12:45 (Last updated: 21 May 2025 - 20:15)
Şoyqu

“Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdikdən sonra Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsindən azad olunan general-mayor İvan Popov kimi hərbçilərlə fəxr etməlidir”.

Azpost.info xəbər verir ki, bunu hakim “Vahid Rusiya” Partiyası Baş Şurasının katibi, senator Andrey Turçak deyib.

“İvanın vicdanı təmizdir. Vətən belə komandirləri ilə fəxr edə bilər”, – o, Telegram kanalında yazıb.

Eyni zamanda, Turçak Popovun başqa cəbhədəki problemlərlə bağlı tabeliyində olanlara müraciətinin ictimailəşməsindən qəzəblənib. Həmin müraciəti Rusiya Duması Müdafiə Komitəsinin üzvü Andrey Qurulev internetdə yerləşdirib.

“General Popovun müraciəti ictimai deyildi və 58-ci Ordunun komandirləri və əsgərlərinin şəxsi çat söhbətlərində yerləşdirilmişdi. Deputat Qurulevin birtəhər bunu əldə etməsi və bundan siyasi şou çıxarması onun vicdanında qalsın. Onun digər açıqlamaları və şərhləri kimi…”, – Turçak bildirib.

Turçak əlavə edib ki, ordu siyasətdən kənarda olub və qalır.

Qurulev tərəfindən dərc edilən müracətdə Popov bildirib ki, ordunun əsas problemi və faciəsi əks-batareya döyüş və artilleriya kəşfiyyat stansiyalarının olmamasıdır. Onun sözlərinə görə, məhz buna görə hərbçilər kütləvi şəkildə ölür və yaralanır. Popov hakimiyyəti xəyanətdə ittiham edib. Generalın sözlərinə görə, onlar ordunun kürəyindən bıçaqlayıblar.

Popov nazir Sergey Şoyqunun adını açıqlamasa da, onun Müdafiə Nazirliyi rəhbərinin əmri ilə vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Məlumata görə, Popov uzun müddət cəbhədə olan və ciddi itkilər verən bölmələrin rotasiyasının zəruriliyi ilə bağlı məsələ qaldırıb və bu problemi şəxsən prezident Vladimir Putinə çatdırmaq niyyətində olub. Bundan sonra Baş Qərargahın rəhbəri Valeri Gerasimov generalı şantajda ittiham edib və onu vəzifəsindən uzaqlaşdırılıb.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
Next: “Günay Bank” fəaliyyətini yeni ünvanda davam etdirəcək

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.