Valideyn himayəsindən məhrum uşaqlara yaşayış sahələri veriləcək

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunub

Sonrakı məqalə

“Bitcoin”in qiyməti 10 min dollara çatıb