Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini dövlət ödəyəcək –

Dəyişiklik
14 Mart 2020 - 10:40

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq. (APA)