“Vaqner” qiyamı Almaniya kəşfiyyatı üçün sürpriz olub

Rusiyada “Vaqner” birləşməsinin hərbi qiyamı Almaniya Federal Kəşfiyyat Xidməti üçün sürpriz olub.

Azpost.info bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolz ARD telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, alman kəşfiyyat orqanlarının bundan əvvəlcədən xəbəri olmayıb. Amerika mətbuatında ABŞ kəşfiyyatının guya qiyamın hazırlanmasından xəbəri ola biləcəyinə dair nəşrləri şərh edən kansler deyib: “Biz bu barədə, o cümlədən hazırda ortada olan fərziyyələr barədə (Qərb dövlətləri ilə) birlikdə danışacağıq”.

Əvvəlki məqalə

Fransada AzTV-nin əməkdaşlarına hücum olub –

Sonrakı məqalə

“Putin qiyam cəhdindən sonra hakimiyyətə nəzarəti itirib”