“Vaqner”in Rusiya Silahlı Qüvvələri ilə heç bir əlaqəsi yoxdur”.
Azpost.info xəbər verir ki, bunu “Vaqner”in hərbi özəl şirkətinin qurucusu Yevgeni Priqojin deyib.
O, “Vaqner”in bütün dünyada fəaliyyət göstərdiyini və işini eyni axarda davam etdirəcəyini bildirib: “Vaqner”in Rusiya ordusu ilə heç bir əlaqəsi olmayıb və yoxdur. Bu, bütün dünyada fəaliyyət göstərən və göstərməyə davam edəcək özəl ordudur”.
Priqojin bu açıqlaması ilə “Vaqner”çilərin rəsmi olaraq Rusiya ordusunun bir hissəsi olduğunu, cinayətlər və dağıntılar törətmək üçün Rusiyanın birbaşa alətinə çevrildiyini deyən Fransa prezidenti Emmanuel Makrona cavab verib.
Azpost.info
