Vaqonda yaşayan Qazi Elçin Səmədov müalicədən sonra yeni tikilmiş evinə dönüb –VİDEO

Vətən müharibəsi qazisi Elçin Səmədov müalicədən sonra yeni evinə dönüb.
İTV əməkdaşları qazimizin yeni evində qonaq olub. Bakıda müalicəsini uğurla başa vuran qazi Qəbələyə, evinə qayıdıb.
Müalicədən sonra Elçinin nitqində xeyli irəliləyiş var. Əvvəlkinə nisbətən az da olsa gəzə bilir. Günü gündən vəziyyəti daha da yaxşılaşır.
Qazinin yeni evi xeyirxah insanlar tərəfindən tikilib. O, əvvəllər vaqon evdə yaşayırdı.
Xatırladaq ki, Elçin Səmədov Vətən müharibəsində ürək nahiyyəsindən qəlpə yarası almışdı.
https://www.youtube.com/watch?v=l0knYm9rDDM
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çovğun səbəbindən Bakı-Şamaxı yolu bağlanıb

Sonrakı məqalə

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb