Vatikan dövlətinin ətrafındakı ərazi təhlükəsizlik təhdidləri səbəbindən xüsusi nəzarətə götürülüb.
Azpost.info xəbər verir ki, şəhərdə patrul xidməti göstərən polis əməkdaşlarının sayı da artırılıb.
Bu qərar xüsusilə Brüsseldəki terror aktına görə verilib.
Oktyabrın 16-da axşam saatlarında Brüsseldə bir nəfər küçədə atəş açıb. Onun ilk qurbanları iki isveçli futbol azarkeşi olub və bir az sonra başqa bir adamı da öldürüb. Polis terrorçunun Tunisdən olan 45 yaşlı miqrant olduğunu müəyyən edib.
Azpost.info
