Venesuela Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədi– Rəsmi açıqlama

“Karakas Ukraynada davam edən hərbi əməliyyatda Moskvaya dəstəyini ifadə edir”.

Azpost.info xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Karlos Faria rusiyalı həmkarı Sergey Lavrovla bu gün Moskvada baş tutan görüşündən sonra deyib.

“Xüsusi hərbi əməliyyatla bağlı bir sıra məsələləri müzakirə etdik. Biz öz tərəfimizdən, hökumətimiz, prezident tərəfindən dəstəyimizi bildirdik”, – Faria bildirib.

Venesuela Rusiyaya qarşı sanksiyalara qarşıdır. Prezident Nikolas Maduro hesab edir ki, bəzi Qərb ölkələri Rusiyanı parçalamaq üçün ona qarşı böyük müharibəyə başlamaq istəyirlər. Maduro sanksiyalara baxmayaraq, Rusiya ilə ticarəti davam etdirəcəyinə söz verib.

Azpost.info

Əvvəlki məqalə

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq

Sonrakı məqalə

Audiovizual Şura “Həmin Zaur” verilişindəki qalmaqala görə ARB-yə xəbərdarlıq edib