Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Venesuelaya hücum Trampın siyasi gələcəyini bitirər”

Orkhan Ali 18 Noyabr 2025 - 05:58 (Last updated: 18 Noyabr 2025 - 05:58)
2be30d07c46bf61c03e87010523a5539

Venesuela Prezidenti Nikolas Madura ABŞ tərəfindən mümkün hərbi müdaxilə ilə bağlı kəskin açıqlama verib. O deyib ki, belə bir addım atılması ABŞ rəhbərliyi üçün tarixi səhv olmaqla yanaşı, Donald Trampın siyasi gələcəyini tamamilə sıradan çıxarar.

AzPost xəbər verir ki, Madura bu fikirləri hər həftə yayımlanan “Madura ilə” adlı proqramında səsləndirib və mövzunun ciddiliyini xüsusi vurğulayıb.

O bildirib ki, ABŞ daxilində müəyyən təsir qrupları Trampı gərginliyi artırmağa sövq edir və bunların bir qismi hətta “Trampdan sonrakı dövr” üçün hesablayırlar. Prezidentin sözlərinə görə, Venesuelaya ediləcək hər hansı hücum bütün bölgədə genişmiqyaslı fəlakətə gətirib çıxarar və bunun məsuliyyəti tam olaraq Vaşinqtonun üzərinə düşər.

Madura həmçinin qeyd edib ki, ölkənin bombalanması və günahsız insanların öldürülməsi qəbuledilməzdir və Venesuela xalqı buna heç vaxt boyun əyməz. Onun sözlərinə görə, son 16 həftə ərzində davam edən təhdidlərə baxmayaraq, ölkə vətəndaşları misilsiz birlik nümayiş etdirib. Aparılan sorğular göstərir ki, vətəndaşların 94 faizi ABŞ tərəfindən ola biləcək hərbi müdaxiləni qəti şəkildə rədd edir.

Bundan əlavə, Venesuela Silahlı Qüvvələrinə və xalq özünümüdafiə dəstələrinə dəstək 80 faizdən çoxdur. Prezident vurğulayıb ki, hökumətə etimad səviyyəsi də yüksəlir və hazırda 70 faizə yaxın göstərici qeydə alınıb. Madura bildirib ki, ölkə müdafiə planlarını tam hazırlayıb və istənilən təhlükəyə cavab verməyə hazırdır.

Bununla yanaşı, o bir daha bəyan edib ki, Venesuela müharibə istəmir və qarşıdurmadan yayınmaq üçün danışıqlara həmişə açıqdır. Prezidentin fikrincə, bölgədə sabitliyi qorumağın yeganə yolu qarşılıqlı anlaşma və siyasi dialoqdan keçir. Azpost.az xəbər verir ki, Madura ABŞ rəhbərliyini məsuliyyətli qərarlar verməyə və bölgənin sülhünə xələl gətirəcək addımlardan çəkinməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Ərzaq məhsullarını xaricdən neçəyə alırıq?
Next: “ABŞ-ın Qəzza ilə bağlı sənədi nəzarətsiz addımlara çevrilməməlidir”

Oxşar xəbərlər

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53

xƏBƏR

ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər...
Read more about Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.