Vergi borcu olan şirkət Kənd Təsərrüfatı Nazirliyinin tenderində necə qalib gəlib?

Böyük miqdarda vergi borcu olan Türkiyə şirkəti Kənd Təsərrüfatı Nazirliyinin tender müsabiqəsinin qalibi olub.

Azpost.info bildirir ki, “Aslanoğullar Endüstriyel Mutfak Tesisat Gida Tekstil” LTD şirkətinin Azərbaycan fililalı Nazirliyin yeni inzibati bina üçün mətbəx mebeli və avadanlıqların satın alınması ilə bağlı 180 min 778 manat olan tenderi qazanıb.

Dövlət Vergi Xidmətinin rəsmi məlumatında isə bildirilir ki, bu şirkətin 24 min 350 manat vergi borcu var.

Nazirlik tender elanı verərəkən əsas tələblərdən biri iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı olsa da nədənsə bu borc məbləğinı məhəl qoyulmayıb.

Xatırladaq ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Azpost.info

Əvvəlki məqalə

2023-cü ildə keçiriləcək seçkilər üçün 30 milyon manat ayrılacaq –

Sonrakı məqalə

İsa Həbibbəylinin AMEA-nın prezidentiliyinə namizədliyi irəli sürülüb