Vergiödəyicilərinin ümumi sayında 9,8 faiz artım olub

2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 291 min 565 vergiödəyicisinin 87,8 faizi fiziki şəxs, 12,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 9,8 faiz artıb ki, bu artımın 91 faizi fiziki şəxslərin, 9 faizi hüquqi şəxslərin hesabınadır.

Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən (98,6 faiz) kommersiya qurumları hesabına baş verib.

Kommersiya hüquqi şəxslərin 88,4 faizi MMC, 1,5 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və sair formalarda yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ceyhun Bayramov Nyu-Yorkda Mövlud Çavuşoğlu ilə görüşüb –

Sonrakı məqalə

Britaniya daha bir Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb –