Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Veysəloğlu” Şirkəti ölkəyə daha bir irihəcmli xarici investisiyanı cəlb edib

User 09 Dekabr 2024 - 12:28 (Last updated: 21 May 2025 - 20:15)
vey011
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub.
Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit, həmçinin kiçik və orta bizneslərə təlim-seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və texniki dəstəyin göstərilməsi üçün 60 min ABŞ dolları məbləğində qrant dəstəyi cəlb edilib.
Bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır. Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək.
Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.
Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.
Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.

Post navigation

Previous: Moskvadakı Suriya səfirliyi binanın üzərinə müxalifətin bayrağını asacaq
Next: Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu

Oxşar xəbərlər

Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 19 Noyabr 2026 - 10:05
avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56

xƏBƏR

WhatsApp Image 2026-11-19 at 12.37.15
  • Mədəniyyət

Ağrının yaddaş ömrü

User 19 Noyabr 2026 - 12:50
Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı haqqında düşüncələr   “İgid ömrü” kitabının müəllifi jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır. Kifayət qədər...
Read more about Ağrının yaddaş ömrü
Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüş başladı -VİDEO trap putin si
  • Baş Yazı

Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüş başladı -VİDEO

User 19 Noyabr 2026 - 12:37
Qvardiola Səudiyyə Ərəbistanı millisindən gələn təklifi rədd etdi qvardiolo
  • İdman

Qvardiola Səudiyyə Ərəbistanı millisindən gələn təklifi rədd etdi

User 19 Noyabr 2026 - 12:35
Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq paşinyan
  • Dünya

Gələn həftə Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc olunacaq

User 19 Noyabr 2026 - 12:28
Xəzər sahilindəki 3200 obyektin taleyi necə olacaq? – RƏSMİ AÇIQLAMA xezer sahili torpaq
  • Baş Yazı

Xəzər sahilindəki 3200 obyektin taleyi necə olacaq? – RƏSMİ AÇIQLAMA

User 19 Noyabr 2026 - 12:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.