Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Videosu yayılan universitet müəllimi danışdı:

User 03 May 2022 - 15:14 (Last updated: 21 May 2025 - 20:15)
ldu müellim

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.

Azpost.info bildirir ki, bu barədə LDU açıqlama yayıb. “Bu gün sosial şəbəkələrdə, KİV-də Elşad Rəhimovla bağlı yayılan video ilə əlaqədar bildirmək istəyirik ki, hazırda həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır, məsələ Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb, universitet rəhbərliyinin də diqqət mərkəzindədir.

Məlumat üçün bildiririk ki, Elşad Rəhimov Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisidir, LDU-da 0,5 ştat əvəzçiliklə müəllim işləyir.
Araşdırmaların nəticəsi məlum olduqdan sonra universitet həmin nəticələrə uyğun qərar verəcək və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Elşad Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, ki, 2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

Elşad Rəhimov qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.

Elşad Rəhimov iddia edib ki, video onu şantaj etmək məqsədi ilə ictimailəşdirilib.

Post navigation

Previous: Putin Qərbin sanksiyalarına qarşı yeni cavab fərmanı imzaladı
Next: Monqolustandan ölkəmizə qoyun ətinin idxalı məhdudlaşdırılıb

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.