Vilayət Eyvazov Gəncədə polis rəisinin köməkçisini xidmətdən qovdu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

Nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir. (Qafqazinfo)

Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hikmət Hacıyev və Fəxrəddin Altun arasında ikitərəfli görüş keçirilir –

Sonrakı məqalə

Ter-Petrosyanın partiyası parlament seçkilərinə qatılacaq