Vilnüsdə işinə başlayan NATO sammitində Baş katib Yens Stoltenberq Ukraynanın Alyansa Üzvlük üzrə Fəaliyyət Planı təqdim etməsi tələbinin götürülməsini təklif edib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu, Kiyevin NATO-ya qoşulması prosedurunu sürətləndirmək üçündür.
“Uzunmüddətli dəstək, Ukrayna-NATO Şurasının yaradılması yolu ilə siyasi əlaqələrin gücləndirilməsi, eləcə də Ukraynanın Üzvlük üzrə Fəaliyyət Planını həyata keçirməsi zərurətinin aradan qaldırılması, ona prosesi qısaltmağa imkan verəcək,” – Stoltenberq deyib.
Baş katib qeyd edib ki, NATO ölkələri qarşıdakı kommünikedə Kiyevə onun alyansa daxil olması perspektivləri ilə bağlı müsbət siqnal verəcək: “Mən müttəfiqlərin Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün bir araya gəlməsini gözləyirəm”.
Eyni zamanda, Baş katib əlavə edib ki, əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının şiddətli müqaviməti ilə qarşılaşır və alyans Kiyevə nə qədər lazımdırsa dəstəyini davam etdirməyə diqqət yetirməlidir.
Azpost.info
