İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə düşüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azər Paşayev bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə sabiq icra başçısının səhhətinə görə prosesdə iştirak edə bilməməsi ilə bağlı bildiriş göndərilib.
Qeyd olunub ki, Vilyam Hacıyevin bu gün 37.4 dərəcə temperaturu olub və ağciyərinin hər iki tərəfində pnevmoniya əlamətləri müşahidə edilib.
Vilyam Hacıyevin səhhəti ilə bağlı problem olmasa, proses oktyabrın 8-də davam etdiriləcək.