Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?

08 Sentyabr 2020 - 10:00

Virtual dərslərə ciddi nəzarət olunacaq.

Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, ümumiyyətlə, keçiriləcək bütün virtual dərslərin məktəb rəhbərliyi tərəfindən nəzarətinin təşkili nəzərdə tutulub.