Virtual dünyada səfirlik açacaq ilk dövlət məlum olub

19 Noyabr 2021 - 08:04

Barbados hökuməti metakainatda “torpaq sahəsi” almaq barədə “Decentraland” şirkətilə müqavilə imzalayıb.

Virtual diplomatik nümayəndəliyin 2022-ci ilin yanvarından etibarən fəaliyyətə başlaması gözlənilir.

Yayılan məlumatlara görə, Barbados metakainat quruculuğu ilə məşğul olan digər şirkətlərlə də analoji sazişlər imzalamağa hazırlaşır.

Qeyd edək ki, metakainat müasir internet mühitinin üçölçülü versiyasıdır. Burada insanlar bir-birilə öz avatarları vasitəsilə virtual reallıq texnologiyalarından istifadə etməklə ünsiyyət quracaqlar. (“Sky News”)