Vısotski sag olsaydı, Rusiyanın Ukraynadakı hərbi əməliyyatına reaksiyası necə olardı?
Azpost.info xəbər verir ki, Rusiyanın tanınmış ifaçısı Vladimir Vısotskinin oğlu Nikita bu suala cavab verməkdə çətinlik çəkdiyini deyib.
“Reaksiyasını təsəvvür etmək çətindir. Amma əminəm ki, atam xalqın yanında olardı. 85 yaşında da dəyişməzdi. Sovet İttifaqı Qəhrəmanı Georgi Mixayloviç Qreçko çox dəqiq bir ifadə işlətmişdi ki, Vısotski həmişə çətin olan yerdədir. Yenə deyirəm, xalqının yanında olardı.…”, – Nikita bildirib.
O, cəbhə xəttində döyüşçülər üçün çıxış edən sənətçilərin konsert proqramlarına Vısotskinin mahnılarını daxil etmələrini də düzgün hesab etdiyini də deyib: “Tanıdığım və hörmət etdiyim bir çox sənətçilər vətənpərvərlik mövzusunda konsertlər verirlər, atamın mahnılarını proqramlarına daxil edirlər. Mənə görə, bu düzgündür”.
Azpost.info
