“Vladimir, bunun günahkarı sənsən” –Klinton Putinə müraciət edib

ABŞ-ın sabiq dövlət katibi  Hillari Klinton Vladimir Putini NATO-nun genişlənməsində ittiham edib.

Azpost.info bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Keçmiş dövlət katibi Putinə “sən” müraciət edib: “Təəssüf, Vladimir. Bunun günahkarı sənsən”.

Klinton deyib ki, Alyans Rusiya siyasətçiləri sayəsində genişlənməyə başlayıb. Sabiq dövlət katibi bildirib ki, heç kimi NATO-ya qoşulmağa məcbur etmirlər, bu, hər bir dövlətin öz seçimidir.

Bir mddət əvvəl NATO-nun baş katibi Stoltenberq bildirib ki, təşkilat aqressiv genişlənmə ilə məşğul deyil, və Şərqi Avropa ölkələri özləri Alyansa birləşmək qərarı veriblər.

Kreml dəfələrlə NATO-nun genişlənməsini tənqid edərək bunu təhülkəsizliyi üçün təhdid adlandırıb. Putin qeyd edib ki, NATO Şərqə doğru genişlənməyəcəyini vəd etsə də Rusiyanı aldadıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Vardanyan Rusiyadan heç bir kömək almayacaq” –

Sonrakı məqalə

Paşinyan və Makron Qarabağdakı vəziyyəti müzakirə ediblər