Vurğun Əyyubun doğum günü münasibətilə ədəbi-bədii gecə keçirilib

25 Oktyabr 2019 - 23:11

Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk (qurucu) sədri Vurğun Əyyubun doğum günü münasibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbir Xəzər Universitetinin təşkilatçılığı ilə baş tutub.

Gecədə universitet tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə millət vəkili Aqil Abbas, professorlar Qulu Məhərrəmli, Bədirxan Əhmədov, Əli Şamil, Xəzər Universitetinin dekanı Elza Səmədli Vurğun Əyyubla bağlı xatirələrini bölüşüblər. (APA)