Müğənnilər Nikolay Baskov və Qriqori Leps Ukrayna müharibəsində alman “Leopard” tanklarını vuranlara mükafat vəd edirlər.
Azpost.info xəbər verir ki, modifikasiyasından asılı olaraq “Leopard”ın məhvinə 700 min və ya 1 milyon rubl pul mükafatı veriləcək.
Ödənişlər Müdafiə Nazirliyinin xətti ilə həyata keçiriləcək.
“Yaradıcı adamlar olaraq döyüşçülərimizə öz töhfəmizi veririk. Qələbələrində və uğurlarında onların yanında olduğumuzu bilmələrini istəyirik”, – Baskov bildirib.
Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş hərbi texnikası üçün mükafatlar əvvəllər Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim edilib. Beləliklə, vurulan təyyarə üçün 300 min rubl, vertolyot üçün 200 min, tank üçün 100 min rubl ödənilib. Lakin bu yaxınlarda hərbi jurnalistlər prezident Vladimir Putinə vəd edilən ödənişlərin olmamasından şikayət ediblər. O bu xəbərdən təəccüblənib və məsələni Müdafiə Nazirliyi ilə müzakirə edəcəyinə söz verib.
Azpost.info