Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub. Sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb. Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.