Xəstə palata yoldaşının iki min manatını oğurlayıb –

Ağstafada
29 Fevral 2020 - 09:37

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

“Report”un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü oğurlanıb. Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.

Fakt üzrə araşdırmalar davam etdirilir.