Yanvarın 18-i saat 21:00-a olan faktiki hava açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib.
Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.
Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub.
Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb