Xəzər dənizində zəlzələ olub

09 Avqust 2021 - 08:11

Avqustun 9-da Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 04:48-də Qala stansiyasından 31 km cənub-qərbdə, Xəzər dənizində qeydə alınıb.

Ocağı 63 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.