Xəzərdə batan şəxsi xilas edən idmançı özü boğulub

18 Avqust 2021 - 23:53

1993-cü il təvəllüdlü Abşeron rayon sakini Ağayev Orxan Adil oğlu Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.

APA-nın yerli bürosunun məlumatına görə, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.

İdmançı batan şəxsi xilas etsə də, özü boğulub.

Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.