Xəzərdə partlayış “Ümid” yatağından 10 km aralıdadır –

SOCAR
04 İyul 2021 - 22:49

“Xəzərdə partlayış “Ümid” yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib”.

Azpost.info bildirir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.