Bu gün Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 17:32-də Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.