Xəzər dənizində 2015-ci ildə itkin düşmüş neftçilərin cəsədləri tapıldı

Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan cəsədi aşkarlanıb.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, tapılan cəsədlər 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur.

Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələri rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılmış, cəsədlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib.

“Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün “Günəşli” faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik”, – deyə İ. Əhmədov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 26 dəfə pozub

Sonrakı məqalə

XİN Şuşanın işğal günü əlaqədar bəyanat yaydı: