Xəzərdə 4 balıqçı itkin düşüb –

dalqa

Xəzərdə 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir