Xaçmaz sakini qayınata və qayınanasını güllələyib

18 Sentyabr 2020 - 09:50

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

Kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.