Xaçmazda 20 yaşlı şəxsi qatar vuraraq öldürüb

13 Noyabr 2019 - 21:39

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.  

Hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.