Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub

Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub.

Mərhumla əvvəlcə Heydər Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn edilib.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Türkiyədə əsgərləri daşıyan avtobus aşıb, 2 şəhid, 45 yaralı var