Xalq artisti Arif Quliyevin həyat yoldaşı vəfat edib

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib. 

Məlumatı aktyorun oğlu Rövşən Axşam.az-a təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. Həkimlər onun sağalmasının mümkün olmadığını demiş və evə yollamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.