Xalq artisti Ramiz Məmmədov vəfat edib

Xalq artisti Ramiz Məmmədov vəfat edib. 

Azpost.info bildirir ki, aktyor uzun sürən xəstəlikdən sonra bu gün -martın 21-də dünyasını dəyişib.

Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildən tələbə ikən R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edib ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanıb.

“Qaynana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, “Bəbirlinin kələkləri”ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır.

Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verlişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyatı”, “Get gətir”, “Əzəlim qözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.

R. Məmmədov 2001-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb. 2013-cü ildə Xalq artisti fəxri adı verilib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 814 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Qaxda göyərçinlərlə rəhmsiz rəftar edən ərəb turistlər cərimələnib