Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vaksindən sonra profilaktik tədbirlərə riayət olunmalıdır” –

Sonrakı məqalə

Milli Konservatoriyanın rektoru virusa yoluxdu, əyani dərslər dayandırıldı