Xalq artisti Yusif Eyvazov və məşhur opera ulduzu Anna Netrebko niyə ayrıldı? –SƏBƏB

İyunun 26-da Azərbaycanın xalq artisti Yusif Eyvazov və məşhur opera divası Anna Netrebko 10 illik evlilikdən sonra ayrılıdıqlarını bəyan ediblər. 

Azpost.info bildirir ki, Rusiyanın “StarHit” nəşri bu ayrılığın səbəbini öyrənib. Nəşr A.Netrebko və Y.Eyvazovun yaxın çevrəsindən olan mənbəyə istinadən yazır ki, opera ulduzlarının boşanmasında günahkar bir-birilərindən məsafədə yaşamalarıdır.

“Bu ayrılıq zaman məsələsi idi. Çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar – Yusif Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətlər öz-özünə müəyyən oldu”, – Rusiya nəşri öz mənbəsindən sitat gətirir. Mənbə qeyd edir ki, 10 ildir evli olan cütlüyün əmlak bölgüsü ilə bağlı problemləri olmamalıdır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.