İranın Ali dini lideri Əli Xameneyi hökumətə səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı araşdırmaların nəticələrini dərc etməklə bağlı göstəriş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası İRİB məlumat yayıb.
Bildirilib ki, Ali lider ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin faciəvi səhvləri barədə məlumatlandırıldıqdan dərhal sonra hadisəni ətraflı öyrənmək üçün milli təhlükəsizlik üzrə ali məclisin toplantısını çağırıb. O, məlumatı dəqiqləşdirdikdən sonra araşdırmanın nəticələrinin doğru və düzgün şəkildə dərc olunması barədə göstəriş verib.